Azərbaycan Milli Elmlər Akademiyası
Mərdəkan Dendrarisi

 

Rus
Eng
 

   Tarix    Dendrarinin Fəaliyyəti    Dendrarinin Strukturu    Rəhbərlik    Nəşrlər    Fotoşəkillər    Toxumların kataloqu    Bitkiler haqqında məlumat    Bitkilərin kataloqu    Bizə yazın    Xəbərlər

 
 
   Əsas səhifə    Dəvət    Yerləşdiyi məkan    Proqram    Əlaqə
Dendrarinin strukturu

 Hazırda, Mərdəkan Dendrarisinin iş mövzularının genişləndirilməsi ilə bağlı olaraq aşağıdakı strutura malik altbölmələr mövcuddur: Apşeronun kurortlarının yaşıllaşdırılması məqsədi ilə dekorativ ağac, çiçək və ot bitkilərinin introduksiyası ilə məşğul olan introduksiya laboratoriyası; yerli floraya məxsus olan qiymətli efiryağlı bitkilərin aşkara çıxarılması  və introduksiyası ilə  məşğul olan efiryağlı bitkilər laboratoriyası; efir yağlarının, dərman məmulatlarının və müxtəlif bitkilərdən ədviyyatlar, aşılayıcı ekstraktlar alınmasının üsulları və onların kimyəvi tərkibinin öyrənilməsi ilə məşğul olan texnoloji laboratoriya; bitkilərin morfoloji və anatomik laboratoriyası; genetika və seleksiya laboratoriyası.
Dendraridə botanika muzeyi yaradılır. 1970-ci ildən başlayaraq Dendrarinin ərazisinin planlı şəkildə yenidən tikilib qurulması üçün  işlər görülür. Kiçik arxitekturaya malik  olan binalar ucaldılır, hovuzlar, istixanalar, oranjereyalar və parniklər tikilir 
Son illərdə, xüsusilə 1996-1999-cu illər ərzində Mərdəkan Dendrarisində onun hazırkı direktoru olan Tofik Məmmədovun rəhbərliyi altında əsaslı bərpa işləri görülmüşdür. 

Dendrariparkda aşağıdakı obyektlər və parklar mövcuddur: yeni binalar inşa edilmiş, köhnə tikililər isə bərpa edilmişdir. Çoxsaylı müxtəlif bitkilərlə zəngin olan park bir daha yeniləşdirilmişdir.

·    Müxtəlif seminar və konferensiyaların keçirilməsi üçün nəzərdə tutulan 200 nəfərlik konferens-zal;

·    Banket zalı;

·    «Lyuks» tipli 1-2 yerlik 20 sayda qonaq otağı;

·   Səyahətə gələnlər üçün otaqlar;

·    Fransız «Gotik» üslubu ilə tikilmiş binalar;

·    Müxtəlif elmi laboratoriyalar;

·    Süni şəkildə düzəldilmiş şəlalə;

·    Qeyri-adi inşa edilmiş ecazkar dərin su quyusu;

·    Səyahətçilərin istirahəti üçün nəzərdə tutulmuş kiçik parklar;

·    Qayıqla gəzinti üçün düzəldilmiş göl.

Copyright © 2006  http://dendrary.in-baku.com