Azərbaycan Milli Elmlər Akademiyası
Mərdəkan Dendrarisi

 

Rus
Eng
 

   Tarix    Dendrarinin Fəaliyyəti    Dendrarinin Strukturu    Rəhbərlik    Nəşrlər    Fotoşəkillər    Toxumların kataloqu    Bitkiler haqqında məlumat    Bitkilərin kataloqu    Bizə yazın    Xəbərlər

 
 
   Əsas səhifə    Dəvət    Yerləşdiyi məkan    Proqram    Əlaqə

   

 

 

Məmmədov Tofiq Sadıq oğlunun elmi təşkilatı fəaliyyəti haqda

M Ə L U M A T


Məmmədov Tofiq Sadıq oğlu 10 fevral, 1957-ci il tarixdə, Naxçıvan MR, Ordubad rayonu, Dırnıs kəndində anadan olmuşdur. 1964-1974-ci ildə Ordubad rayonu, Dırnıs kənd orta məktəbində təhsil almışdır. 1982-ci ildə İnşaat Mühəndislər İnstitutunu İnşaatçı mühəndis diplomu ilə bitirmişdir. 1982-1986-ci illərdə, müxtəlif təşkilatlarında elektrik, usta, iş icraçısı, şöbə rəisi, baş mühəndis, tikinti idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1974-1976-cı illərdə, Hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyəti:. 1986-1996-cı illərdə Azərbaycan MEA-nın Mərdəkan Dendrarisində baş mühəndis, direktor müavini; 1996-cı ildən isə həmin müəssisənin direktorudur. 2000-ci ildə «Mərdəkan Dendrarisində qiymətli ağac və kol bitkilərinin bioekolojı xüsusiyyətləri və onların Abşeronun yaşıllaşdırmasında əhəmiyyəti» mövzusunda dissertasiya işini müdafiə edərək Biologiya elmləri namizədi, alimlik dərəcəsi adını almışdır. Həmin ildən ictimai əsaslarla «Bitkilərin introduksiyası laboratoriyasına» da rəhbərlik edir. 2002-ci ildə Beynəlxalq İnformasiya Akademiyasında- «Dünya florasından, Azərbaycanda İntroduksiya olunmuş ağac və kol bitkiləri» mövzusunda Botanika və Ekologiya elmləri üzrə beynəlxalq fəlsəfə elmlər doktoru:. 2004-cü ildə «Abşeronda yaşıllaşdırmada perspektivli ağac, kol bitkilərinin bioekoloji xüsusiyyətlərinin, aqrotexnikasının və xalq təsərrüfatında səmərəli istifadəsinin elmi əsasları» mövzusunda Biologiya və Ekologiya elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2005-ci ildən professordur. 2006-cı ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Tofiq Sadıq oğlu Məmmədov həm də Azərbaycan elminin görkəmli nümayəndələrindən biridir. O, 17 kitabın («Ekologiya», «Ekoloji oyunlar», «Gülçülük ensiklopediyası», «Otaq bitkilərinin ensiklopediyası», «Ekoloji amillərə görə Abşeronda yaşıllaşdırma» və s.), 120-ə qədər elmi məqalənin müəllifidir. 1patenti vardır. 2004-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən ekologiya sahəsində «İlin adamı» adına layiq görülmüşdür. Tofiq Məmmədov Azərbaycanda Biologiya elminin inkişafında, ekologiya dərs vəsaitinin, Respublikamızda yaşıllıqların müasir elmi əsaslarla qurulması istiqamətində öz dəyərli tövhələrini vermişdir. T.S. Məmmədov tərəfindən Mərdəkan dendrarisində dünyanın bir çox ölkələrindən bitki kolleksiyaları toplanmış, onların introduksiyası, ekoloji amillərə davamlılığı, efir yağlılığı öyrənilmiş, şərq və qərb bəzək memarlıq incilərindən istifadə etməklə parkların, bağların yaşıllaşdırılması və ofis interyerlərinin bəzədilməsi sahəsində tədqiqat işlərində öz əksini tapmışdır. Tədqiq olunan növlər sistematik qohumluq prinsiplərii əsasında sahələrdə qruplaşdırılmış, parklarda və bağlarda yerləşdirilməsi qanunauyğunluqları işlənib hazırlanmışdır. Tofiq müəllim öz elmi araşdımaları ilə təkcə respublikamızda deyil, həmçinin xarici ölkələrdə də yaxşı tanınır. Xaricdə 31 elmi məqaləsi (Amerika Botanika Cəmiyyətinin «Botanu», Dünya Botanika Bağlarının «BGjournal», ««roots», Oxsford Universitetitinin «Experimental Botany», Rusiyada BBB əsərlərində, «Hortus Botanika» və s. jurnallar). çap olunan T.Məmmədov, tez bir zamanda xarici ölkə alimlərinin diqqətini cəlb etmiş, nüfuzlu beynəlxalq forumlara dəvət almış, beynəlxalq elmi qurumlara üzv, o cümlədən Bolqarıstanda «Poleobotanika» jurnalının Ekspert komisiyyasının, dünya botanika bağlarının MDB üzrə elmi şürasının üzvüdir. 27 Beynəlxalq konfransda: o cümlədən Koliforniya dövlət Universitetində ABŞ-da («Botanu2006» İnternational Congress USA, Çiqo, 28. 07-02. 08, 2006), İngiltərədə (BGCİ` 6 th International Congress on Education in Botanic Gardens The University of Oxford Botanic Garden, UK 10th -14th september 2006) Avstriyada (XV ІІ İnternational Botanical Congress, Vienna, Austria, Europe 17-23 July 2005.), Türkiyədə (İnternotional conference- 2002. 12-15 aprel, 2002, Neu NİCOSİA -Norfherm Cuprus və s.), Tailantda (İnternational Congress, IW+SDC’07, Bankoq-Patay, 4-12 mart 2006 ): Çində (3-rd Qlobal Botanik Qardens April 16-20 Wuhan, China) Konqress Fransada İspaniyada, İtaliyada, İranda, Rusiyada, Ukraynada, Gürcüstanda, Belarusiyada və s. ölkələrdə keçirilən Beynəlxalq konfranslarda iştirak etmişdir. T.S.Məmmədov həmdə bacarıqlı təşkilatçıdır. Onun, Dendraridə rəhbərlik etdiyi dövrdə burada abadlaşdırılma işləri aparılmış, yeni laboratoriyalar açılmış, yüksək səviyyəli konfrans zalı, Akademiyanın qonaq evi yaradılmışdır. Hazırda T.S. Məmmədovun rəhbərliyi ilə dendraridə Respublikamızda təbii və mədəni flora genofondunun bərpasında, dünya bitki ehtiyatlarından səmərəli istifadədə, eləcə də uyğunlaşdırılma və introduksiya istiqamətində geniş tədqiqat işləri aparılır. Son illərdə T. S. Məmmədov Dendrarinin kolleksiya sahələrində Dendrari» (700 növ), «Mədəni bitkilər» (600 növ), «Dekorativ bitkilər» (480 növdən çox), «Fond oranjereyası» (təxminən 270 növ) ekspozisiyaları yaratmış, dendrarini müasir dünya standartları səviyyəsinə çatdırmışdır. 2005- ci ildə Mərdəkan dendrarisinin Dünya Botanika bağlarının üzvi seçilməsində şəxsən Məmmədov Tofiq Sadiq oğlunun müstəsna rolu olmuşdur O, 2006-cı ildə Respublikamızda ilk dəfə olaraq Mərdəkan Dendrarisinin 80 illiyi münasibətilə keçirilən «Botanika bağlarının ətraf mühitin mühafizəsində rolu» mövzusunda Beynəlxalq Botanika konfransının təşkilatçısı və icraçısı olmuşdur. Bakı şəhər, İcra Hakimiyyətinin «Gül bayramı» festifalının dəfələrlə fəxri fərmanına və pul mükafatına layiq görülmüşdür. Onun təşkilatı və elmi nəaliyyəti AMEA-nın Reyasət Heyyəti tərəfindən qiymətləndirilmiş 3 dəfə fəxri fərmanla təltif edilmişdir. Ailəlidir iki övladı vardır

Copyright © 2006  http://dendrary.in-baku.com