Azərbaycan Milli Elmlər Akademiyası
Mərdəkan Dendrarisi

 

Rus
Eng
 

   Tarix    Dendrarinin Fəaliyyəti    Dendrarinin Strukturu    Rəhbərlik    Nəşrlər    Fotoşəkillər    Toxumların kataloqu    Bitkiler haqqında məlumat    Bitkilərin kataloqu    Bizə yazın    Xəbərlər

 
 
   Əsas səhifə    Dəvət    Yerləşdiyi məkan    Proqram    Əlaqə
Dendrarinin fəaliyyəti

Mərdəkan Dendrarisi Apşeron yarımadasının ən tanınmış yerlərindən biridir. Orada çox sayda subtropik ağaclar, kollar, çiçəklər, efiryağlı, yerli və yad floralara mənsub olan bitki növləri toplanmışdır. Xüsusilə son illər introduksiya işləri olduqca genişləndirilmişdir. Buradakı işlərin elmi mahiyyəti ilə yanaşı, Apşeronun yaşıllaşdırılmasında və xalq təsərrüfatında yeni dekorativ subtropik ağaclar və kollar,  efiryağlı və çiçəkli bitkilər də tətbiq olunur.
Təqdim edilən
WEB- səhifəsinin məqsədi,  Sizi Mərdəkan Dendrarisində numayiş etdirilən Avstraliyanın, Afrikanın, Amerikanın, Aralıqdənizi ölkələrinin, Yaponiyanın, Çinin, Orta Asiyanın, Uzaq Şərqin, Kavkazın və Yer Kürəsinin digər sahələrinin zəngin və qiymətli bitkiləri ilə tanış etməkdir.
Elmi yaşıllaşdırma mərkəzi kimi Mərdəkan Dendrarisi həm Apşeronun yarımsəhra rayonlarında, həm də bütün Azərbaycanda tanınmışdır. Arizonsayağı və üfiqivari kiparislər, alepp və italyan şam ağacları, sarıçiçəkli çöl bitkisi olan ispan nazı, avropa zeytun ağacları və bir çox digər növ bitkilər şəhər və kəndlərin küçə və parklarına buradan geniş vüsət almışlar. Dendrari ana yuva hesab olunur. Onun mövcudluğunun ilk illərindən Zakavkaziyanın, Orta Asiyanın, Şimali Kavkazın, Krımın və Cənubi Ukraynanın yaşıllaşdırma təşkilatları buradan mübadilə yolu ilə şitillik material əldə etmişlər.

Təbii tarixi şərtlər

Mərdəkan Dendrarisi 12 hektar sahəyə malik olub, Apşeron yarımadasının şimali-şərq hissəsində, Xəzər dənizi sahilindən 4,5km  uzaqda, Bakı şəhərindən isə 40 km məsafədə yerləşir.
Mərdəkan qəsəbəsinin ərazisi qərbdən qırış-qırış  xəttlə məhdudlanır. Ərazinin 80-85%-i küləklər tərəfindən çırpılaraq  örtük yaratdığı əhəngdaşıları ilə əhatə olunmuşdur. Dənizin yaxınlığında nisbətən bərkimiş, mütəhərrik və çoxalmış qumlar var. Əhəngdaşının qatlarının tərəflərinin üzəri çıxıntılarla dərinləşmiş ana cinsin mexaniki tərkibinin müxtəlifliyi rəngarəng torpaq kombinasiyalarının formalaşmasına səbəb olur. Dənizdən  uzaqlaşdıqca, yüksəkliklərdə, torpaq örtüyü tədricən dəyişir, qumlarla kompleks təşkil edən daha ağır qumlu və yüngül gilli yaxud qillə qarışıq torpağa rast gəlinir ki, onların  də dərinliyi -0,5-1,0-dan 1,5m qədər olub, bəzi yerlərdə, məsələn, çuxurlarda, çökəklərdə nisbətən güclü hiss olunur. Efemer,  yəni erkən bar verən xüsusiyyətli  bitkilərdən ibarət yarımsəhra yaşıl örtük. Demək olar ki, təbii ağac və kol bitkiləri mövcud deyildir. Yalnız qayalıqlar arasında Pallas murdarçasına, gürcü doqquzdon koluna, tamariksə, yabanı əncirə və digər bitkilərə rast gəlinir.
Dendrarinin ərazisi, əhəngdaşlarından və balıqqulaqlarından təşkil olunmuş dənizin kənarında, ilk  birinci terrasda yerləşir. Torpaq qatının dərinliyi böyük deyil - 0,6-1,5m, çox az hallarda isə 2,0 metrə qədərdir. Qələvi torpaqlar (pH 8-9), mexaniki tərkibi gildən və qumdan ibarət  olan boz torpağa aiddir.
Dendraridəki bitkilər Lənkəran şəhərindən gətirilən torpaqda bitir və süni yolla suvarılır. Bura 30-80m dərinlikdə qalın əhəng plitələri çaparaq düzəldilmiş 4 dərin quyudan su vurulur. Quyulardakı  su, həcmi 500 min sayda vedrə tutan  ehtiyat hovuza, oradan isə həcmi 100 min sayda vedrə tutan suvuran hovuza vurulur. Su, sonuncudan boru vasitəsi ilə parkın ərazisi boyu paylanır. Bu hovuzlar 1903-1905-ci illərdə tikilmişdir.
Dendrarinin ərazisində 35-40m dərinlikdə, suvarma üçün nəzərdə tutulmuş daha 4 köhnə quyu var. Bu quyulardan birində, belə güman  olunur ki, qış fəsli dövründə quyuları bir-biri ilə birləşdirən yeraltı yolun olması aşkar edilmişdir. Apşeron yarımadasının iqlim xüsusiyyətləri aralıqdəniz növündədir. O, yüngül subtropik iqlimə uyğun keçən qışla, yayda davam edən quru isti küləklərlə,  açıq günəşli payız fəsli və soyuq yaz fəsli ilə səciyyələnir. Əsas xoşagəlməz təbii faktorlar bunlardır: havanın və torpağın çox aşağı rütubəti, yay fəslində yüksək günəş radiasiyası, kasıb zəifgüclü yüksək karbonatlı boztorpaqlı - gilli və qumlu torpaqlar, şimal istiqamətində vaxtaşırı əsən güclü fırtına küləkləri.
Mərdəkan qəsəbəsi dəniz səviyyəsindən 8,2 m hündürlikdə yerləşir. Orta illik temperatur 13,9”, mütləq minimum -160,  il boyu şaxtalı günlərin sayı isə 50 gündür. Bəzi illərin qışı daha sərt keçir, havanın temperaturu isə  -150, -170C - yə qədər aşağı düşür. Son 15 il ərzində 4 dəfə temperaturun bu cür aşağı düşməsinə təsadüf olunmuşdur: 1963/64, 1966/67, 1968/69, 1971/72-ci illərdə. Havanın orta illik nisbi rütubəti 78-82%-ə bərabərdir, lakin yayda quru havalarda nisbi rütubət  30%-ə qədər aşağı düşür. İl ərzində payız-qış və yaz fəsillərində təqribən 180-286mm yağıntı düşür. Demək olar ki, yay yağmursuz keçir. İyundan avqusta kimi rütubət balansı 0,1% qədər olur.

Apşeron yarımadasının iqlim xüsusiyyətləri quru subtropik rayonların iqlim xüsusiyyətlərinə yaxındır. Yarımada Afrikanın, Asiyanın, Aralıq dənizi hövzəsi ölkələrinin, Kaliforniyanın, Meksikanın bir sıra subtropik sahələrinin iqliminin analoqu kimi və  həmçinin ölkənin digər zonalarına yeni bitkilərin köçürülməsi üçün coğrafi pillə şəklində diqqəti özünə, xüsusilə cəlb edir. Dendraridə adı çəkilən subtropik sahələrin bir çox introdeksiyalaşdırılmış bitkiləri çox əlverişli şəraitdə bitir və açıq qruntda inkişaf edir. Apşeronun iqliminin dəymədüşər olması bəzi çox qiymətli növlərin yetişdirilməsini və becərilməsini mürəkkəbləşdirir

Copyright © 2006  http://dendrary.in-baku.com