Azərbaycan Milli Elmlər Akademiyası
Mərdəkan Dendrarisi

 

Rus
Eng
 

   Tarix    Dendrarinin Fəaliyyəti    Dendrarinin Strukturu    Rəhbərlik    Nəşrlər    Fotoşəkillər    Toxumların kataloqu    Bitkiler haqqında məlumat    Bitkilərin kataloqu    Bizə yazın    Xəbərlər

 
 
   Əsas səhifə    Dəvət    Yerləşdiyi məkan    Proqram    Əlaqə
TARIX

1924-cü ildə təşkil edilmiş Ümumittifaq tətbiqi botanika və becərilən bitkilər institutu ölkəmizin florasını faydalı bitkilərin yeni qiymətli növləri və sortları ilə zənginləşdirmək, həmçinin sənaye, texniki və əzzaçılıq üçün müalicəvi xammalın əlavə mənbələrini aşkar etmək üçün nəzərdə tutulmuşdu. Becərilən bitkiləri  həm iqlimə uyğun  yerləşdirmək, həm də çoxlu sayda yetişdirilən toxumların,  şitillərin və çiliklərin arasından ən qiymətlilərini seçmək lazım idi.
Bu məqsədlə, ölkənin müxtəlif coğrafi zonalarında, təcrübə sahələri, dayaq məntəqələri, Ümumittifaq tətbiqi botanika və becərilən bitkilər institutunun filial və stansiyaları yaradıldı.
1926-ci ildə yarımsəhra olan Apşeron yarımadasının Mərdəkan qəsəbəsində keçmiş şəhərətrafı sovxozun bazasında məşhur tanınmış alim, akademik N.İ.Vavilov tərəfindən institutun Şərqi-Kavkaz filialı  təşkil olundu. 1930-cu ildə Ümumittifaq tətbiqi botanika və becərilən bitkilər  institutunun bir daha təşkilindən sonra filial Ümumittifaq bitki becərmə institutu sisteminə onun bir  şöbəsi kimi daxil oldu. 1936-cı ildə isə quru subtropiklərin Təcrübə Stansiyası adını aldı. Burada 1945-ci ildən 1964-cü ilə qədər bağçılıq, üzümçülük və subtropik becərilən bitkilər İntstitutunun Mərdəkan elmi-eksiperimental bazası yerləşmişdir.
Burada birinci ilk on ildə subtropik mənşəli ağac və kol bitkilərinin 700 sayda növə və müxtəlifliyə qədəri toplanmışdır. Onların əksəriyyəti iqlim dəyişkənliyi ilə bağlı sınaq müddətini çox uğurla keçmişdir.  Tədricən, xalq təsərrüffatı üçün daha davamlı, dözümlü və faydalı olan məsələn, evkalipt, qalibiyyət, şöhrət, mükafat simvolu olan dəfnə ağacı, sadə, adi, həmişəyaşıl, ağçiçəkli kol bitkisi olan mərsin, avropa zeytunu və s. bitkilər özünəməxsusluğu ilə seçilmişdir.  N.İ.Vavilov tərəfindən Yer kürəsinin müxtəlif qütblərindən alınmış şəkil və formasına görə 15 min növdən çox olan rəngarəng bitkilərdən yalnız dekorativ ağac və kol bitkilərinin 400, sübtropik becərilən meyvə bitkilərinin (nar, əncir, innab, zeytun, püstə və s.) isə 868 növünü iqlim dəyişkənliyinə uyğunlaşdırmaq mümkün olmuşdur.
Dendrarinin işlərinin uğurlu təşkili Böyük Vətən Müharibəsi illərində müvəqqəti olaraq  dayandırılmışdır. O zaman əsas diqqət artıq mövcud olan əkilmiş bitkilərin qorunub saxlanmasına yönəldilmişdi. Təəssüf ki, bitkilərin hamısını qoruyub saxlamaq mümkün olmadı. Onların bəziləri məhv olaraq, zəngin sübtropik ağaclar və kol bitkiləri kolleksiyasının siyahısını tərk etdi.
1945-1963-cü illərdə introduksiya işləri geniş vüsət aldı.  Növbəti, ikinci introduksiya işlərinin ipinin ucu Azərbaycanın digər rayonlarına da çatdı. Bu isə subtropik bitkibecərmənin elmi əsasda işkişafına, narın, zeytunun, əncirin, şərq xurmasının növlərinin seçilməsinə və daha da təkminləşdirilməsinə, həmçinin onların rayonlaşdırılmasına  kömək etdi. Məsləhət  görüldü ki, Zıxda zeytun, Mir-Bəşirdə və Maştağada subtropik istiqamətli - Xüsusiləşdirilmiş sovxozlar yaradılsın.
Dendrari sonrakı iki il (1964-1966) ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sisteminin tərkibində fəaliyyət göstərmişdir. Böyük elmi gücə malik olduğu üçün 1966-cı ildə Azərbaycan Respublikası EA-nın Botanika İntstitutunün tərkibinə verilmişdir. Bundan sonra, subtropik bitkilərin daha perspektiv  və zəngin növlərinin introduksiyası ilə birgə dendrarinin mərkəzi hissəsində artıq park salmış bitkilərin yetişdirilməsi genişləndirilmişdir. Ekzotik, qeyri adi bitkilərin çoxaldılmasına və onların yaşıllaşdırılmada istifadə olunmasına səbəb olan dekorativ bitkilər şitilliyi təşkil edilmişdir.
Mərdəkan dendrarisi, yalnız Apşeronun yarımsəhra rayonlarının deyil, bütün Azərbaycanın  yaşıllaşdırılmasının elmi mərkəzi kimi tanınmışdır. Arizonsayağı və üfiqivari kiparislər, alepp və italyan şam ağacları, ispan sarıçiçəkli çöl bitkisi olan naz, avropa zeytun ağacları və bir çox digər cins bitkilər şəhər və kəndlərin küçə və parklarına buradan vüsət almışlar. Dendrari Ana yuva hesab edilir. Onun təşkil olunmasının ilk illərindən Zakavkaziyanın, Orta Asiyanın, Şimali Kavkazın, Krımın və Cənubi Ukraynanın yaşıllaşdırma təşkilatları buradan mübadilə yolu ilə şitillik material əldə etmişlər.
Dendrarinin kolleksiyasının yaradılmasında onun yaradıcısı olan və görülən işlərə rəhbərlik edən  N.İ.Vavilovla (1926-1930) yanaşı,  A. D. Strebkova (1927-1933), N. D, Kostetskiy (1933), P. A. Şutov (1934-1964), İ. A. Jiqareviç (1936-1964), S. Q. Alekperova (1938-1964) və digər alim tədqiqatçılar da iştirak etmişlər.

Copyright © 2006  http://dendrary.in-baku.com